Gürcüstanın Kaxeti rayonunda çöl yanğını lokallaşdırılıb - YENİLƏNİB

Gürcüstanın Kaxeti rayonunda çöl yanğını lokallaşdırılıb - YENİLƏNİB
# 20 avqust 2019 16:35 (UTC +04:00)

Gürcüstanın Kaxeti rayonunun Qurjani bələdiyyəsinə tabe Kaçreti kəndində baş vermiş genişmiqyaslı çöl yanğını lokallaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğının söndürülməsi işlərinə cəlb edilən canlı qüvvə sayı 50-yə, yanğınsöndürən maşın sayı isə 10-a çatdırılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

15:11

Gürcüstanın Kaxeti rayonunun Gurjani bələdiyyəsinə tabe Kaçreti kəndində genişmiqyaslı çöl yanğını başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən məlumat verilib. Məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə 30 nəfərə yaxın canlı qüvvə və 6 yanğınsöndürən maşın cəlb edilib.

Qurjani bələdiyyəsinin meri Arçil Xandamaşvilinin sözlərinə görə, yanğının nəzarət altına alınması çətindir, ancaq yanğınsöndürmə bölmələri fəal işləyir və onu lokallaşdırmağa çalışırlar.

Yanğının söndürülməsi üçün Tbilisi, Siqnaqi və Dedoplistskarodan da əlavə yanğınsöndürmə briqadaları köməyə göndərilib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar İdarəsinin helikopteri də cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR