Gürcüstanda helikopter qəzaya uğrayıb

 Gürcüstanda helikopter qəzaya uğrayıb
# 06 iyun 2019 13:04 (UTC +04:00)

Gürcüstanın Kazbegi rayonunda helikopter qəzaya uğrayıb. APA-nın yerli bürosunun məlumatına görə, qəzadan əvvəl helikopter havada yanmağa başlayıb və daha sonra yerə çırpılıb. Hadisə nəticəsində pilot və daha iki sərnişinin öldüyü bildirilir.

Helikopterin Axxot kəndindən "Rumas" ootelə doğru uçarkən Stepandsminda ərazisində qəzaya uğradığı açıqlanır.

Hadisə şahidləri həlak olanların otelin işçiləri olduğunu bildiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR