Gürcüstanda cinayətkarlıq artıb

Gürcüstanda cinayətkarlıq artıb
# 08 oktyabr 2019 13:06 (UTC +04:00)

2019-cu ilin yanvar-avqust ayları ərzində Gürcüstanda qeydə alınmış cinayət hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.61% artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu müddət ərzində ölkədə ümumilikdə 44 216 cinayət törədilib ki, onlardan cəmi 14 264-nün üstü açılıb.

2019-cu ilin yanvar-avqust aylarında Gürcüstanda kibercinayətkarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,51% artıb.

Qeyd olunub ki, bu ilin ilk 8 ayında Gürcüstanda ümumilikdə 1223 kibercinayətkarlıq faktı qeydə alınıb. DİN-in apardığı araşdırmalar zamanı bu cinayətlərin cəmi 65-nin üstü açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR