Gürcüstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək

Gürcüstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək
  • Clock-gray 09:34
  • calendar-gray 08 Oktyabr 2019

2020-ci ildə NATO Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat paylaşıb.

Bildirilib ki, "Avropanın Müdafiəçisi " (European Defender) adlı hərbi təlimlərdə alyansa üzv 18 ölkə iştirak edəcək. 2020-ci ilin aprel-may aylarında keçiriləcək hərbi təlimlər Almaniya, Polşa, Latviya, Litva, Estoniya və Gürcüstan daxil olmaqla ümumilikdə 10 ölkədə baş tutacaq.

Təlimlərə ABŞ-dan 20000, Avropadan isə 8000 hərbi qulluqçu qatılacaq. ABŞ-ın son 25 ildə ilk dəfə bu qədər hərbi kontingenti Avropaya daşıdığı bildirilir.

ABŞ hərbi təlimlərin NATO daxilində hazırlığın yüksəldilməsi və potensial çətinliklərə qarşı mübarizə məqsədi daşıdığını bəyan edib.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date