Gürcüstanda nazir müavini istefaya gedir

Gürcüstanda nazir müavini istefaya gedir
# 05 iyul 2019 12:10 (UTC +04:00)

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Qiorqadze istefa vermək qərarına gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazir müavini özünün Facebook səhifəsində yazıb. O, istefasını özəl sektora qayıtmaq istəməsi ilə əlaqələndirib.

"Dostlar, bilirsiniz ki, mən beş il öncə mədəniyyət naziri olmuşam və enerjimi öz ölkəmin inkişafına həsr etmişəm. Bu gün mən vəzifəmi tərk etmək və özəl sektora qayıtmaq barədə qərar qəbul etmişəm", - deyə M. Giorgadze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR