Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsindən oğurluq olub

Gürcüstanda SOCAR-a məxsus  yanacaqdoldurma məntəqəsindən oğurluq olub
  • Clock-gray 21:31
  • calendar-gray 02 İyul 2019

 

Gürcüstanın Rustavi şəhərində SOCAR-a məxsus qaz yanacaqdoldurma məntəqəsindən oğurluq edən iki nəfər saxlanılıb.

APA-nın yerli bürosu İnterPressNews-ə istinadən xəbər verir ki, oğurluq ötən gecə baş verib. Məntəqənin işçisinə küt alətlə xəsarət yetirən oğrular kassadakı pulları götürərək aradan çıxıblar. 

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılanlar barəsində cinayət işi açılıb. 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date