Gürcüstanda ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb

Gürcüstanda ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb
# 28 iyun 2019 12:12 (UTC +04:00)

Gürcüstanda ən çox ölümə səbəb olan xəstəliklər sıralanıb.

APA-nın yerli bürosu xəbərinə görə, Gürcüstan Milli Statistika Ofisinin hesabatına əsasən bu ölkədə ən çox ölüm faktı ürək-damar xəstəlikləri ilə bağlı qeydə alınıb.

Məlumatda bildirilib ki, 2018-ci ildə bu xəstəlik səbəbindən Gürcüstanda 21549 nəfər ölüb. Bu isə əvvəlki illə müqayisədə 1700 nəfər çoxdur.
Respirator sistem xəstəliklərindən ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu ölkədə 7329 nəfər bu cür xəstəliklər səbəbi ilə dünyasını dəyişib. Əvvəlki ildə isə bu rəqəm 2608 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR