Gürcüstanda yaşayış binasında partlayış olub

Gürcüstanda yaşayış binasında partlayış olub
# 18 iyun 2019 09:49 (UTC +04:00)

Gürcüstanın Kutaisi rayonunun Aversa küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Gürcüstan Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, partlayışdan sonra yaşayış binasının 2-ci mərtəbəsində yanğın başlayıb. Yanğının söndürülməsi məqsədi ilə qurumun 30 yanğınsöndürəni və 10 yanğınsöndürən maşını, xilasetmə texnikaları hadisə yerinə cəlb edilib. Yaralıların artıq xəstəxanaya çatdırıldığı və yanğının söndürüldüyü bildirilib.

Partlayışın səbəbləri hələki dəqiq məlum deyil.

Polis faktla bağlı araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR