Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində 2 kq heroin tapılıb, Azərbaycan və İran vətəndaşları saxlanıb

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində 2 kq heroin tapılıb, Azərbaycan və İran vətəndaşları  saxlanıb
# 21 iyul 2019 10:49 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində polisin keçirdiyi əməliyyat zamanı 2 kq heroin tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis bir Azərbaycan və bir İran vətəndaşı olmaqla, iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR