Gürcüstanın Baş naziri: "İrakli Kobaxidze ilk təyyarə ilə Bakıdan qayıdıb istefa verdi"

Gürcüstanın Baş naziri: "İrakli Kobaxidze ilk təyyarə ilə Bakıdan qayıdıb istefa verdi"
# 28 iyun 2019 15:07 (UTC +04:00)

"İrakli Kobaxidze hadisələr baş verən gün istefa vermək istəyirdi, amma bu zaman o, Bakıda səfərdə idi".

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi mətbuat konfransında belə deyib. Bildirib ki, hadisədən sonra keçmiş parlament sədri ilk təyyarə ilə Bakıdan Tbilisiyə qayıdıb və istefa verib.

"O, öz səfərini yarımçıq qoyub ilk təyyarə ilə geri qayıtdı və siyasi şura formatında istefası barədə bəyanat yaydı. Bu dəqiq planlaşdırılmış proses idi",- deyə hökumət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR