Gürcüstanın Baş Naziri: "Regionun nəzərə çarpan investisiya potensialı var”

Gürcüstanın Baş Naziri: "Regionun nəzərə çarpan investisiya potensialı var”
# 23 oktyabr 2019 12:03 (UTC +04:00)

“Cənubi Qafqaz regionunun nəzərə çarpan investisiya potensialı var və bu, böyüməkdədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan bu məqsədlə tərəfdaş ölkələrlə, region ölkələri ilə birgə konkret addımlar atır və güclü iqtisadi əlaqələrin yaradılmasına çalışır.

“Biz hamımız bilirik ki, bu regionun nəzərə çarpan investisiya potensialı var və bu, böyüməkdədir. Çünki, bizim vahid siyasətimiz var. Biz iqtisadi maneələri azaldır, əlaqələri artırırıq. Son illər ərzində Gürcüstan böyük dəyişiklik yaşayıb və nəticədə ölkədə Qərb prinsipləri əsasında güclü dövlət institutları yaradılıb”, - deyə Baş Nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR