Gürcüstanın dəniz limanlarında konteyner daşımaları 39% artıb

Gürcüstanın dəniz limanlarında konteyner daşımaları 39% artıb
  • Clock-gray 13:05
  • calendar-gray 18 Noyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 500 min ton artaraq 30,6 mln. ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, hesabat dövründə Gürcüstanın dəniz limanlarından daşınan yüklərin həcmi 12,6 mln. ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. ton və ya 9,8% çoxdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın dəniz limanları ilə daşınan konteynerlərin sayı isə 39,1% və ya 129 387 ədəd artaraq 459 552 konteynerə çatıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date