Gürcüstanın sabiq müdafiə naziri məhkəməyə çağırılıb

Gürcüstanın sabiq müdafiə naziri məhkəməyə çağırılıb
# 27 iyun 2019 10:44 (UTC +04:00)

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okuraşvili və Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri Gia Dgebuadze Tbilisi şəhər Məhkəməsinə çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar biznesmen və siyasətçi Badri Patarkatsişvilinin qətli ilə bağlı sorğu-sual ediləcəklər. Məhkəmənin bu gün keçirilən iclasında qətli araşdıran istintaqçıların da dinləniləcəyi bildirilib.

Sabiq müdafiə naziri İrakli Okuraşvili 2007-ci ildə səsləndirdiyi bəyanatları ilə bağlı məhkəməyə çağırılıb. O, telekanallardan birinə müsahibəsində bildirib ki, sabiq prezident M.Saakaşvili nazir olduğu zaman özünə ən böyük təhdid hesab etdiyi Badri Patarkatsişvilinin aradan götürülməsini əmr edib.

Konstitusiya təhlükəsizliyi departamentinin sabiq rəhbəri Gia Dgebuadzenin isə B. Patarkatsişvili ilə bağlı ortaya çıxan səs yazısı ilə bağlı çağırıldığı bildirilir. Səs yazısının İ.Okuraşvilinin bəyanatı ilə eyni motivdə olduğu açıqlanır.

Qeyd edək ki, B. Patarakatsişvilinin qətlində bir sıra yüksək rütbəli dövlət məmurları ittiham edilsə də onlarda heç biri cinayəti etiraf etməyib.

Yəhudi əsilli Gürcüstan vətəndaşı olan biznesmen B. Patarkatsişvili 2008-ci il prezident seçkilərinin namizədi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR