Gürcüstanın xarici dövlət borcu 4%-dən çox artıb

Gürcüstanın xarici dövlət borcu 4%-dən çox artıb
# 12 sentyabr 2019 11:54 (UTC +04:00)

Son bir il ərzində Gürcüstanın xarici dövlət borcu 219 mln. ABŞ dolları və ya 4,2% artaraq 5,387 mlrd. dollara çatıb.

APA-nın yerli bürosu "BusinessPressNews"a istinadən xəbər verir ki, təkcə ötən ay ərzində bu ölkənin xarici dövlət borcu 26 mln. dollar artıb.

Gürcüstanın ən böyük kreditorları sırasına Asiya İnkişaf Bankı (1,147 mlrd. dollar), Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası (985,683 mln. dollar) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (898,434 mln. dollar) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR