Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
  • Clock-gray 11:16
  • calendar-gray 15 İyul 2019

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi bəyan edilməmiş ticarət əməliyyatları da daxil olmaqla 5 968,3 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% azalıb.

Hesabatda qeyd olunub ki, yanvar-iyunda ixrac 11,5% artaraq 1 775,4 mln. dollara çatıb, idxal isə 4,9% azalaraq 2 417,4 mln. dollar təşkil edib.

İyun ayında isə Gürcüstanın ixrac həcmi 600 min dollar və ya 0,2% azalaraq 307,2 mln. ABŞ dolları təşkil edib. İdxal isə 11,3% azalaraq 688 mln. dollar səviyyəsində olub. Ümumilikdə, iyun ayı ərzində xarici ticarət dövriyyəsi 8,5% azalıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date