Gürcüstanın xarici ticarət dövriyyəsində 4,3 mlrd. dollarlıq mənfi saldo yaranıb

Gürcüstanın xarici ticarət dövriyyəsində 4,3 mlrd. dollarlıq mənfi saldo yaranıb
# 20 noyabr 2019 11:07 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 10 366,9 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın ixracı 3 035,7 mln. dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur. Gürcüstanın idxalı isə 3,1% azalaraq 7 331,2 mln. dollar təşkil edib.

Göründüyü kimi, Gürcüstanın xarici ticarət dövriyyəsində 4 295,5 mln. dollarlıq mənfi saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR