Gürcüstanda yepiskop açıqlamalarına görə istefa verib

Gürcüstanda yepiskop açıqlamalarına görə istefa verib
  • Clock-gray 14:10
  • calendar-gray 28 Oktyabr 2019

Gürcüstanda hökumətin patriarxın istefası üçün ondan kömək istədiyini açıqlayan yepiskop Yakop istefa verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə din xadimi özü bildirib.

O, açıqlamalarına görə ictimaiyyətdən üzr istəyib.

Gürcüstan Patriarxlığından məlumat təsdiqlənib və onun qurumun Maliyyə-İqtisadi Şurasının sədri vəzifəsindən azad ediləcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl yepiskop Yakop üç il öncə sabiq Baş Nazir Giorgi Kvirikaşvilinin ofisində indiki Baş Nazir Giorgi Qaxaria və Daxili İşlər naziri Vaxtanq Qomelaurinin iştirakı ilə görüş keçirildiyini və görüşdə ondan patriarxın istefası üçün yardım etməsi istənildiyini açıqlayıb.

Müxalif “Vahid Milli Hərəkat” partiyasının parlament fraksiyasının rəhbəri Roman Qotsiridze yepiskopun açıqlaması ilə əlaqədar istintaq işinin başladılmasını və bütün məqamların araşdırılmasını tələb edib. "Avropalı Gürcüstan" partiyasının lideri Qiqi Uqulava isə yepiskopun parlament dinləməsinə çağırılmasını təklif edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date