Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq

Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq
# 05 avqust 2019 16:21 (UTC +04:00)

Almaniya ABŞ-ın Hörmüz boğazındakı birgə missiyasına qoşulmayacaq.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

“Hazırda Böyük Britaniya ABŞ-ın rəhbərlik etdiyi birgə missiyaya qoşulmaq istəyir. Ancaq biz bunu etməyəcəyik. Biz Avropa missiyasının formalaşmasını istərdik. Bu məsələ gündəmdə deyil”, - H. Maas bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Almaniyadakı səfirliyindən bildirilib ki, Donald Tramp administrasiyası Hörmüz boğazında gəmilərin mühafizəsi üçün missiyanın yaradılması ilə bağlı Fransa və Britaniya ilə yanaşı, Almaniyaya da müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR