İkinci Ay tutulması başa çatıb

İkinci Ay tutulması başa çatıb
# 17 iyul 2019 03:01 (UTC +04:00)

Bu ilin sayca ikinci Ay tutulması (qismən) təxminən saat 02:59 radələrində başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, tutulma saat 00:03-də başlayıb.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə edilib.

Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR