İspaniya Ali Məhkəməsi Karles Puçdemonun həbsi üçün beynəlxalq order verib

İspaniya Ali Məhkəməsi Karles Puçdemonun həbsi üçün beynəlxalq order verib
# 14 oktyabr 2019 17:42 (UTC +04:00)

İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya muxtar vilayəti hökumətinin sabiq başçısı Karles Puçdemonun həbsi üçün order verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda məhkəmənin qərarında bildirilib.

“Hakim Karles Puçdemonun "üsyana təşviq" və "mənimsəmə" maddələri ilə həbs olunması üçün beynəlxalq order verir"-deyə məhkəmə qərarında qeyd olunub.

Məhkəmənin bu qərarı Kataloniya separat hərəkatının liderlərinin işi haqqında qərarın çıxarılmasından sonra verilib. Hərəkat liderləri 13 ilə qədər azadlıqdan məhrum ediliblər. K. Puçdemon özü İspaniyanın məhkəmə hakimiyyətinin bu cür addımına hazır olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR