İsveç prokurorluğu Culian Assanja qarşı cinsi təcavüz ittihamı üzrə istintaqı dayandırıb

İsveç prokurorluğu Culian Assanja qarşı cinsi təcavüz ittihamı üzrə istintaqı dayandırıb
# 19 noyabr 2019 18:05 (UTC +04:00)

İsveç “WikiLeaks”ın təsisçisi Culian Assanja qarşı cinsi təcavüz ittihamı üzrə istintaqı dayandırıb.

APA-nın “The Independent” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveç Baş prokurorun müavini Eva-Marie Persson mətbuat konfransında deyib.

O, dəlillərin iddia edilən cinayət əməlini təqdiqləmədiyi üçün prokurorluq tərəfindən belə bir qərar verildiyini deyib, lakin istintaqın dayandırılması barədə qərardan şikayət verilə biləcəyini qeyd edib.

“WikiLeaks”-in baş redaktoru Kristinn Hrafnsson bildirib ki, indi Assanjı gözləyən əsas “təhlükə”yə - ABŞ-ın sərt mühakiməsinə qarşı yönəlmək vacibdir.

Xatırladaq ki, bu ilin aprel ayında "WikiLeaks"-in qurucusu C. Assanj 2012-ci ildən bəri sığındığı Ekvadorun Londondakı səfirliyindən çıxarılıb və dərhal həbs olunub. C. Assanj məxfi sənədləri yaymaqda ittiham edilir. O, hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.

London məhkəməsi Assanjın ABŞ-a təhvil verilməsi ilə bağlı beş günlük dinləmələri 2020-ci il fevralın 24-dən sonraya təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR