İsveç Yəməndə sülhün əldə olunması üçün vasitəçilik edəcək

İsveç Yəməndə sülhün əldə olunması üçün vasitəçilik edəcək
# 30 avqust 2019 14:17 (UTC +04:00)

İsveç Yəməndə sülhün əldə olunması üçün vasitəçilik edəcək.

APA-nın İsveç Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xarici İşlər naziri Marqot Vallström avqustun 31-dən sentyabrın 4-dək Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İordaniyada səfərdə olacaq.

Səfər çərçivəsində bu ölkələrin xarici işlər nazirləri ilə görüşəcək xanım Vallström ikitərəfli və regional məsələləri, o cümlədən Yəməndəki vəziyyəti müzakirə edəcək.

İsveçin Xarici İşlər naziri regiondakı vəziyyəti müzakirə etmək üçün BMT-nin bu ölkələrdəki nümayəndələri ilə də görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR