İtaliya Prezidenti Cuzeppe Konteyə yeni hökumətin formalaşdırılmasını tapşırıb

İtaliya Prezidenti Cuzeppe Konteyə yeni hökumətin formalaşdırılmasını tapşırıb
# 29 avqust 2019 13:30 (UTC +04:00)

İtaliya Prezidenti Sercio Mattarella Cuzeppe Konteyə yeni hökumətin formalaşdırılmasını tapşırıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyasının mətbuat katibi Huqo Zampetti bildirib.

"İtaliya Respublikasının Prezidenti Sercio Mattarella bu gün Cuzeppe Konteni qəbul edib və ona hökumət formalaşdırmaq səlahiyyətini verib. C.Konte bu mandatı qəbul edərək yaxın gələcəkdə nəticələr barədə prezidenti məlumatlandıracağını vəd edib", - deyə mətbuat katibi bildirib.

Xatırladaq ki, avqustun 8-də "5 Ulduz Hərəkatı"və "Birlik" partiyalarından təşkil olunan iqtidar koalisiyası mövcudluğunu dayandırıb. Nəticədə İtaliyanın Baş naziri Cuzeppe Konte istefasını prezidentə təqdim etmişdi.

İtaliya Prezidenti Mattarellanın siyasi partiyalarla məsləhətləşmələrindən sonra onlardan ikisi - "5 Ulduz Hərəkatı" və Demokrat Partiyaları C.Kontenin başçılıq etdiyi Nazirlər Kabinetini dəstəklədiklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR