İtaliyada 4.4 bal gücündə zəlzələ baş verib

İtaliyada 4.4 bal gücündə zəlzələ baş verib
# 08 noyabr 2019 07:22 (UTC +04:00)


İtaliyanın mərkəzində yerləşən Aqvila şəhərində (Abruzzi bölgəsi) 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

APA ANSA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib. Təkanlar yalnız zəlzələ bölgəsində deyil, episentrdən 100 kilometr məsafədə yerləşən Romanın şimal bölgələrində də hiss edilib.

Mütəxəssislərin fikrincə, bu təkan yeni tektonik proseslərin nəticəsində baş verir.

Dağıntı və ya təlafat olmasa da şəhər əhalisi zəlzələni təşviş içində qarşılayıb. Çünki Aqvilada hələ 10 il bundan əvvəl baş vermiş güclü zəlzələ yerli əhalinin yaddaşından silinməyib.

Bu şəhərdə 2009-cu ilin yazında baş vermiş güclü zəlzələ nəticəsində 309 nəfər insan həlak olmuşdu. Orta əsrlər şəhərinin qədim tikililərinin 50 faizi dağılmışdı. Onların bərpası bu günə qədər hələ də başa çatmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR