İtaliyada leysan yağışlar 3 nəfərin ölümünə səbəb olub

İtaliyada leysan yağışlar 3 nəfərin ölümünə səbəb olub
# 28 iyul 2019 13:48 (UTC +04:00)

İtaliyada iki həftə davam edən anomal yüksək temperaturdan sonra leysan yağışlar yağıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günündən başlayaraq İtaliyanın şimal və mərkəzi rayonlarına güclü küləklə müşayiət olunan leysan yağışlar yağır.

Nəticədə bir çox çaylar məcrasından çıxıb, evlərə və digər sosial obyektlərə ziyan dəyib. Əlverişsiz hava şəraiti 3 nəfərin ölümünə səbəb olub. Toskana əyalətində 72 yaşlı kişi sel sularının qurbanı olub. Boltsano əyalətində ildırım vurması nəticəsində dağda yürüşdə iştirak edən norveçli idmançı qadın ölüb. Foçen qəsəbəsində isə 27 yaşlı qadın əlverişsiz hava şəraitinin qurbanı olub. Qəsəbədə 20 binaya ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR