İtaliyada binada partlayış baş verib, iki xilasedici həlak olub

İtaliyada binada partlayış baş verib, iki xilasedici həlak olub
# 05 noyabr 2019 11:30 (UTC +04:00)

İtaliyanın Pyemont bölgəsinin Kuarnento kommunasında qeyri-yaşayış binasında partlayışla müşayiət olunan yanğın baş verib, nəticədə iki nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə xilasetmə xidməti "Twitter" hesabında məlumat yayıb.

“Təxminən yerli vaxtla gecə saat 02:00 radələrində yaşayış olmayan binada partlayış baş verib. İki xilasedici həlak olub, bir nəfər isə itkin düşüb”, - deyə bildirilib.

Partlayış zamanı bir neçə nəfərin yaralandığı da qeyd olunub.

İlkin məlumata görə, partlayış xilasedicilər binadakı yanğını söndürən zaman baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR