İtaliyanın baş naziri Rusiyanı təhlükəsizlik sahəsində "mərkəzi oyunçu" adlandırıb

İtaliyanın baş naziri Rusiyanı təhlükəsizlik sahəsində "mərkəzi oyunçu" adlandırıb
# 26 iyul 2019 15:41 (UTC +04:00)

"Beynəlxalq stabillik və təhlükəsizlik məsələlərinin həll edildiyi dünyanın demək olar ki, bütün bölgələrində Rusiya “mərkəzi oyunçu”dur".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu sözləri İtaliyanın baş naziri Cüzeppe Konte İtaliya səfirlərinin konfransında deyib.

"Moskva olmadan biz böhranların həllinə nail ola bilmərik", - deyə İtaliyanın hökumət başçısı qeyd edib.

İtaliyanın baş naziri bildirib ki, Avropa silahsızlaşdırma və silahlara nəzarətlə bağlı ABŞ və Rusiya arasında danışıqlarda sadəcə müşahidəçi olmamalı, bu sahədə daha aktiv rol oynamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR