İspaniyada 62 reys əməkdaşların tətili səbəbindən təxirə düşüb

İspaniyada 62 reys əməkdaşların tətili səbəbindən təxirə düşüb
  • Clock-gray 19:31
  • calendar-gray 27 İyul 2019

İspaniyanın Barselona şəhərində “İberia” hava yollarının əməkdaşlarının tətil etməsi nəticəsində 62 reys təxirə salınıb. 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, tətil edən əməkdaşlar müqavilələrində dəyişiklik edilməsini və əməkdaşların sayının artırılmasını tələb edirlər. 

İyulun 28-də tətilə görə daha 73 reysin təxirə düşəcəyi güman edilir. 

Digər xəbərlər

Arxiv

date