İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib
  • Clock-gray 19:10
  • calendar-gray 16 Avqust 2019

İsveçin Estersund şəhər məhkəməsinin qərarı ilə avqustun 14-də terror aktı törətməyə cəhd etməkdə şübhəli bilinən şəxs həbs olunub. 

APA DW-yə istinadən xəbər verir ki, İsveç Təhlükəsizlik Polisi hazırda istintaq aparır. Şübhəli şəxsin 2017-ci ildə Stokholmda terror aktı törədən Özbəkistan vətəndaşı Rahmat Akilovla əlaqəsi araşdırılır. 

Qeyd edək ki, şübhəli şəxs avtomobili yoldan keçənlərin üstünə sürmək istəyərkən qazona çırpıb. Onun avtomobilində şübhəli əşyalar aşkarlanıb.  

Digər xəbərlər

Arxiv

date