İtaliyada neft emalı zavodunda yanğın olub

 İtaliyada neft emalı zavodunda yanğın olub
  • Clock-gray 11:31
  • calendar-gray 17 Sentyabr 2019

İtaliyanın şimalında “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sannadzaro de Burqundi şəhər administrasiyası məlumat yayıb. 

Bildirilib ki, hadisə səhər saatlarında qeydə alınıb. Vəziyyət nəzarət altındadır, xəsarət alanlar yoxdur. 

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date