İtaliyada binada partlayış baş verib, iki xilasedici həlak olub

İtaliyada binada partlayış baş verib, iki xilasedici həlak olub
  • Clock-gray 11:30
  • calendar-gray 05 Noyabr 2019

İtaliyanın Pyemont bölgəsinin Kuarnento kommunasında qeyri-yaşayış binasında partlayışla müşayiət olunan yanğın baş verib, nəticədə iki nəfər ölüb.  

APA-nın xəbərinə görə, bu barədə xilasetmə xidməti "Twitter" hesabında məlumat yayıb. 

“Təxminən yerli vaxtla gecə saat 02:00 radələrində yaşayış olmayan binada partlayış baş verib. İki xilasedici həlak olub, bir nəfər isə itkin düşüb”, - deyə bildirilib. 

Partlayış zamanı bir neçə nəfərin yaralandığı da qeyd olunub. 

İlkin məlumata görə, partlayış xilasedicilər binadakı yanğını söndürən zaman baş verib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date