İran parlamentinin komissiya sədri: “İrana qarşı müharibədən çoxlu ölkələr ziyan görəcək”

İran parlamentinin komissiya sədri: “İrana qarşı müharibədən çoxlu ölkələr ziyan görəcək”
  • Clock-gray 11:29
  • calendar-gray 28 May 2019

“Rəsmi Tehran vasitəçi ölkələrin əli ilə ABŞ-a çatdırıb ki, İrana qarşı baş tuta biləcək müharibədən çoxlu ölkələr ziyan görəcək”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu  İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Hikmətullah Fəlahətpişə deyib. 

O deyib ki, İrana qarşı baş tuta biləcək müharibədən kimsə qələbə qazanmayacaq: "İrana qarşı müharibə psixoloji müharibədir. ABŞ İranla hərbi müharibə etməyə hazır deyil”.

Əl-Füceyrədə baş verən partlayışların və  ABŞ qüvvələrinin Fars körfəzində gücləndirilməsinin bu ölkənin psixoloji müharibəsinin bir parçası olduğunu deyən H.Fəlahətpişə qeyd edib ki, İran müharibə tələsinə düşməməlidir.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date