İstanbulda fabrikdə yanğın olub, 4 nəfər ölüb

İstanbulda fabrikdə yanğın olub, 4 nəfər ölüb
# 22 iyun 2019 09:44 (UTC +04:00)

İstanbulun Böyükçekmece rayonunda tekstil ve plastik məhsullar istehsal olunan fabrikdə yanğın baş verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, dörd mərtəbəli binada baş verən yanğın nəticəsində 4 nəfər ölüb.

İstanbul Valiliyinin yaydığı açıqlamada Cümhuriyyət Məhəlləsində baş verən yanğında ölənlərin əcnəbi olduğu, 20 nəfərin xilas edildiyi bildirilib.
Hadisə zamanı 4 yanğınsöndürən də xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR