İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb

İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
# 17 iyun 2019 17:37 (UTC +04:00)

İtaliyanın dövlət borcu aprel ayında maksimum həddə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Mərkəzi Bankı məlumat yayıb.

Bankın açıqladığı statistikaya əsasən, aprel ayında dövlət borcu rekord yeniləyib və 2,373 trilyon dollara çatıb. Mart ayı ilə müqayisədə bu ölkənin dövlət borcu 14,8 milyard dollar artıb. Hazırda ölkədə adambaşına 39 min avro borc düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR