İngiltərədə daşqınlarla bağlı 170-dən çox xəbərdarlıq edilib

İngiltərədə daşqınlarla bağlı 170-dən çox xəbərdarlıq edilib
# 30 sentyabr 2019 05:38 (UTC +04:00)

İngiltərədə 3 gündür yağan şiddətli yağışlar nəticəsində 175 daşqın xəbərdarlığı edilib.

APA xəbər verir ki, Hidrometrologiya Müəssisəsi İngiltərənin şimal-qərb, Uels və cənub-qərb bölgələrində şiddətli yağışlar yağacağını bildirib. Ətraf Mühit Agentliyi insanları mümkün daşqına hazır olmağa və təcili tədbir görməyə çağırıb. Həmçinin sel və daşqınlar nəticəsində avtomobillərin və qatarların hərəkəti dayandırılıb.

Hava şəraiti nəticəsində Yorkşirdə keçirilən Velosiped üzrə Dünya Çempionatında təhlükəsizlik məqsədi üçün yolların istiqaməti dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR