İspaniyada çimərlikdə tapılan partlayıcı qurğu zərərsizləşdirilib

İspaniyada çimərlikdə tapılan partlayıcı qurğu zərərsizləşdirilib
# 08 sentyabr 2019 16:53 (UTC +04:00)

İspaniyanın Kantabriya əyalətinin Ris çimərliyində partlayıcı qurğu zərərsizləşdirilib.

APA-nın "Europa Press" agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu dünən axşam çimərlikdə istirahət edən bir nəfər tərəfindən aşkarlanıb.

Təhlükəsizlik qüvvələri əraziyə girişi qadağan edib, dalğanın sahilə atdığı partlayıcı qurğu zərərsizləşdirilib.

Qeyd edək ki, bu ilin avqustunda Barselona polisi San-Sebastia çimərliyində partlayıcı qurğu aşkarlayıb. Dənizdə aşkarlanan bombanın İspaniyada 1936-cı ildə başlayan vətəndaş müharibəsi dövründə atıldığı müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR