İspaniyanın Tenerife adası işıqsız qalıb

İspaniyanın Tenerife adası işıqsız qalıb
# 29 sentyabr 2019 18:38 (UTC +04:00)

İspaniyanın Tenerife adası tamamilə elektrik enerjisindən məhrum olub.

APA-nın məlumatına görə, bu barədə Santa-Krus-de-Tenerife şəhərinin bələdiyyəsinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Şəhər bələdiyyəsinin məlumatında qeyd edilib ki, Kanar adalarına daxil olan Tenerifedə elektrik enerjisi təchizatında yaranmış problemin səbəbi araşdırılır: “Biz nə baş verdiyini müəyyənləşdirməyə və mümkün qədər problemi tez bir zamanda həll etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR