İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

İsveçdə terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib
# 16 avqust 2019 19:10 (UTC +04:00)

İsveçin Estersund şəhər məhkəməsinin qərarı ilə avqustun 14-də terror aktı törətməyə cəhd etməkdə şübhəli bilinən şəxs həbs olunub.

APA DW-yə istinadən xəbər verir ki, İsveç Təhlükəsizlik Polisi hazırda istintaq aparır. Şübhəli şəxsin 2017-ci ildə Stokholmda terror aktı törədən Özbəkistan vətəndaşı Rahmat Akilovla əlaqəsi araşdırılır.

Qeyd edək ki, şübhəli şəxs avtomobili yoldan keçənlərin üstünə sürmək istəyərkən qazona çırpıb. Onun avtomobilində şübhəli əşyalar aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR