İtaliyada oğul ov zamanı atasını qaban zənn edərək güllələyib

İtaliyada oğul ov zamanı atasını qaban zənn edərək güllələyib
# 23 sentyabr 2019 13:53 (UTC +04:00)

İtaliya qaban ovu faciə ilə nəticələnib.

APA-nın "Corriere della Sera" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Salerno əyalətində baş verib.

34 yaşlı oğul 55 yaşlı atası ilə sıx meşəlik ərazidə qaban ovu edən zaman oğul yaxınlıqda kölgə görüb, ağac yarpaqlarının xışıltısını eşitdikdən sonra atəş açıb. Lakin məlum olub ki, onun qaban zənn edib atəş açdığı atası olub. Martino Qaudizo hadisə yerində ölüb.

Polis hadisəni törədən şəxsi həbs edib.

Məlumatda o da bildirilir ki, ata və oğul qadağan olunmuş ərazidə ov ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR