İtaliyada yol qəzasında 20 nəfər yaralanıb

İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
# 16 oktyabr 2019 12:53 (UTC +04:00)

İtaliyanın paytaxtı Roma şəhərində baş vermiş yol qəzasında 20 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Rainews24” telekanalı məlumat yayıb.

Yol qəzası Roma şəhərinin şimal-qərbində qeydə alınıb.

İlkin məlumata görə, sərnişin dolu avtobusun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və yol kənarındakı ağaca çırpılıb.

Yaralıların böyük əksəriyyəti yüngül xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR