Ərdoğan: “İstanbulda zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb” - YENİLƏNİB-1

Ərdoğan: “İstanbulda zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb” - YENİLƏNİB-1
# 26 sentyabr 2019 16:57 (UTC +04:00)

“İstanbulda 5,8 bal gücündə zəlzələ olub”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

O bildirib ki, indiyə kimi 28 yeraltı təkan qeydə alınıb. Prezidentin sözlərinə görə, təkanların sayı arta bilər.

Ərdoğan qeyd edib ki, zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb.

Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək, onları əsası olmayan xəbərlərə inanmamağa çağırıb.

*****

saat 15:22

Bu gün Türkiyənin İstanbul şəhərində növbəti dəfə zəlzələ olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, zəlzələ saat 13:59-da baş verib.

Avropa Ağdəniz Seysmoloji Mərkəzi zəlzələnin 5,9 bal gücündə, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) 5,8, Qəndil Rəsədxanası isə 5,7 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələnin episentri Mərmərə dənizinin Silivri sahilində 7 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntıların olduğu bildirilir.

***

12:17

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.

APA-nın yerli bürosunun “CNN-Türk”ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 10:32-də 3,6 bal gücündə qeydə alınan zəlzələnin episentri Mərmərə dənizinin Slivri sahilləri olub.

Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) təkanın yerin 7,78 kilometr dərinliyində baş verdiyini bildirib.

Təbii fəlakət zamanı dağıntı olmayıb.

Qeyd edək ki, sentyabrın 24-də Silivridə 4,6 bal gücündə zəlzələ olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR