Jak Şirakla vida mərasimi keçirilir

Jak Şirakla vida mərasimi keçirilir
# 30 sentyabr 2019 15:03 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı sabiq prezident Jak Şirakla rəsmi vida mərasiminin keçiriləcəyi Parisdəki Sent-Sulpis kilsəsinə gedib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, vida mərasiminə bir sıra ölkələrdən nümayəndə heyəti iştirak edir. Rusiya Federasiyasını prezident Vladimir Putin təmsil edir.

Bazar günü ailənin tələbi ilə Əlillər Evində siyasətçi üçün vida mərasimi təşkil edilib. Şirakla vida mərasimində minlərlə fransız iştirak edib və onunla vidalaşmaq istəyənlər çox olduğu üçün vida mərasimi bazar ertəsi səhər erkən saatlara qədər davam edib.

Qeyd edək ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında Parisdə vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti vəzifəsini icra edib.

Keçmiş Fransa Prezidenti Parisdəki Monparnas qəbiristanlığında 2016-cı ildə vəfat etmiş böyük qızı Laurensin yanında dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR