Kanar adalarında yanğınla əlaqədar 1000 nəfər evakuasiya edilib

Kanar adalarında yanğınla əlaqədar 1000 nəfər evakuasiya edilib
  • Clock-gray 17:08
  • calendar-gray 11 Avqust 2019

Kanar arxipelağındakı Qran-Kanariya adasında yanğınla əlaqədar evakuasiya edilənlərin sayı 1000 nəfərə çatıb.

APA-nın "Europa Press" agentliyinə istinadən verdiyi məlumata görə, məşhur turizm məkanlarından sayılan adada yanğın şənbə günü başlayıb və artıq 1000 hektardan çox ərazini əhatə edir.

Adanın Artenar, Texeda, Qaldar və digər rayonlarında risk böyük olduğu üçün əhaliyə evlərinə qayıtmamaq tövsiyə olunub.

Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb. Bu gün yanğının söndürülməsinə 200 hərbçi və aviasiya cəlb edilib. Yanğının söndürülməsində İspaniya Kənd Təsərrüfatı Nazirliyinin təyyarəsi də iştirak edir. Bu gecə güclü külək gözlənildiyi üçün qarşıdakı saatlar yanğının məhdudlaşdırılması üçün həlledici sayılır.

Dünən yanğını törətməkdə şübhəli sayılan 55 yaşıl kişi də saxlanılıb. Yanğının qaynaq aparatından istifadə zamanı baş verdiyi ehtimal olunur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date