Kataloniya separatçı hərəkatının rəhbərləri 100 il müddətinə həbs cəzasına məhkum ediliblər

 Kataloniya separatçı hərəkatının rəhbərləri 100 il müddətinə həbs cəzasına məhkum ediliblər
# 14 oktyabr 2019 12:10 (UTC +04:00)

İspaniyanın Kataloniya bölgəsinin "müstəqilliyi"nə dair 2017-ci ildə qeyri-qanuni referendumun təşkilində günahlandırılan separatçı siyasətçilərə hökm oxunub.

APA-nın məlumatına görə, İspaniya Ali Məhkəməsinin bu gün elan etdiyi qərarla separatçı liderlər 13 ilədək həbs cəzasına məhkum ediliblər.

Kataloniya separatçılıq hərəkatının iş üzrə adı keçən 12 üzvünün bəziləri qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar.

Separatçılar arasında maksimum cəza Kataloniya muxtar vilayəti hökuməti rəhbərinin sabiq müavini Oriol Junkerasa verilib. O, 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər separatçılar isə müxtəlif illərə həbsə məhkum olunublar. Separatçılara verilən həbs cəzasının ümumilikdə 100 il olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR