Latviyanın yeni prezidenti seçilib

Latviyanın yeni prezidenti seçilib
  • Clock-gray 15:11
  • calendar-gray 29 May 2019

Latviya parlamenti ölkənin yeni prezidentini seçib.

ONA “Euronews”-a istinadən xəbər verir ki, Avropa İttifaqı Ədalət Məhkəməsinin sabiq hakimi Eqils Levits Latviyanın yeni prezidenti olub.

Bildirilir ki, 100 deputatdan 61-i E.Levitsin leyhinə səs verib. 

İyulun 8-də indiki hazırki prezident Raymonds Veyonisin səlahiyyətləri başa çatdıqdan sonra Eqils Levits vəzifəsinin icrasına başlayacaq. 

Qeyd edək ki, Latviyada prezident parlament səsverməsi nəticəsində seçilir. Prezident parlamentə qanun layihələri təklif edə və baş nazir vəzifəsinə namizəd irəli sürə bilər. 
 

Digər xəbərlər

Arxiv

date