Litva Prezidenti: Aİ daxilində Rusiya ilə bağlı vahid mövqe yoxdur

Litva Prezidenti: Aİ daxilində Rusiya ilə bağlı vahid mövqe yoxdur
  • Clock-gray 14:57
  • calendar-gray 06 Sentyabr 2019

Litva Prezidenti Gitanas Nauseda Avropa İttifaqı (Aİ) daxilində Rusiya ilə bağlı vahid mövqenin olmadığını bildirib.

APA-nın məlumatına görə, bu barədə Litva Prezidenti "Politico"-ya müsahibəsində deyib.

"Aİ-də Rusiya ilə bağlı vahid mövqeyimiz yoxdur" deyən G.Nauseda bunun gələcəkdə Rusiyaya tətbiq olunan sanksiyalara təhlükə yarada biləcəyini əlavə edib. 

“Rusiya ilə bağlı fərqli mövqelərə sahib olmaq yaxşı bir şey deyil. Litvanın mövqeyi çox aydındır. Biz sərhədə çox yaxınıq, Rusiyanı çox yaxşı tanıyırıq. Bu ölkənin davranışı bizim üçün həqiqətən bir təhdiddir və hesab edirəm ki, Polşa və Baltikyanı ölkələr də bu məsələdə bizimlə eyni fikirdədilər. Vəziyyət yaxşılaşmır, əksinə, getdikcə pisləşir", - deyə Litva Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya və Aİ arasında münasibətlər 2014-cü ildən Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində yaranan böhrandan sonra pişləşib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date