Litva Prezidenti Azərbaycana təyin olunan yeni səfirin etibarnaməsini təqdim edib

Litva Prezidenti Azərbaycana təyin olunan yeni səfirin etibarnaməsini təqdim edib
# 29 avqust 2019 14:33 (UTC +04:00)

Litva Prezidenti Gitanas Nauseda Azərbaycana təyin olunan yeni səfir Egidiyus Navikasın etibarnaməsini təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə diplomat Egidiyus Navikas “Twitter” səhifəsində məlumat verib.

“Etimad məktubunu Litva Prezidenti Gitanas Nausedadan qəbul etmək həqiqi şərəfdir. Azərbaycanda ölkəmə xidmət etmək vacib məsuliyyətdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Egidiyus Navikas 2014-cü ilin sentyabr ayından Litvanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Valdas Lastauskası əvəz edəcək.

E.Navikas daha öncə Avropa İttifaqının İordaniyadakı Nümayəndəsinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR