London polisi ultrasağçı fəalın müdafiəsi məqsədilə keçən aksiyada 24 nəfəri saxlayıb

London polisi ultrasağçı fəalın müdafiəsi məqsədilə keçən aksiyada 24 nəfəri saxlayıb
# 05 avqust 2019 03:05 (UTC +04:00)

Britaniya polisi paytaxt Londonun mərkəzində ultrasağçı fəal və “İngilis müdafiə Liqası” radikal qruplaşmanın yaradıcısı Tommi Robinsona dəstək məqsədilə keçirilmiş aksiyada 24 nəfəri həbs edib.

APA “Press Association” agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar Robinsonun tərəfdarları və onun ideoloji əleyhdarları olan “Stand up to racism” hərəkatı tərəfindən təşkil edilmiş əks-nümayiş iştirakçılarıdır.

Saxlanılmaların səbəbi ictimai toplanış və nümayiş qaydalarının pozulmasıdır. Daha bir neçə nəfər sərxoş vəziyyətdə dava yaratdıqlarına və ictimai asayişi pozduqlarına, həmçinin narkotik vasitə gəzdirdiklərinə və silah daşıdıqlarına görə saxlanılıb. Polis Ricent-strit küçəsində aksiya boyu nümayişçilərə nəzarət edib və sağçı fəallarla irqi dözümsüzlük əleyhdarları arasında qarşıdurmaların yaranmasına imkan verməyib.

Qeyd edək ki, əsl adı Stiven Yaksli-Lennon olan T.Robinson ötən ay hakimə qarşı hörmətsizlik etdiyinə görə 9 ay müddətinə həbs cəzası alıb. Buna səbəb onun 2017-ci ildə məhkəmədə icazəsiz onlayn-çəkiliş aparması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR