London üzərindən uçan təyyarədən meyit düşüb

London üzərindən uçan təyyarədən meyit düşüb
  • Clock-gray 03:49
  • calendar-gray 02 İyul 2019

London üzərindən uçan təyyarədən yıxılan kişi ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniya polisi məlumat yayıb.

Məlumata görə, həmin kişi uçuş zamanı təyyarənin şassi bölməsindən yıxılıb. Axtarış zamanı onun meyiti şəhərin cənubunda, Klepam rayonunda şəxsin evlərdən birinin həyətində aşkarlanıb.

Hazırda polis və tibb işçiləri ölən şəxsin kimliyini araşdırır. Bununla meyit tanınmaz hala düşdüyündən bu işin uzun vaxt alacağı deyilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date