Makron: "Fransa Rusiyanın təcrid edilməsində maraqlı deyil"

Makron: "Fransa Rusiyanın təcrid edilməsində maraqlı deyil"
# 27 avqust 2019 15:41 (UTC +04:00)

"Fransa Rusiyanın təcrid edilməsində maraqlı deyil".

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə səfirlərin illik konfransında deyib.

“Rusiyanın kənarlaşdırılması, Avropadan uzaqlaşdırılması, təcrid olunmağa və Çinlə yaxınlaşmağa sövq edilməsi bizim marağımızda deyil”, - deyə Fransa Prezidenti bildirib.

Onun sözlərinə görə, Fransa Rusiya ilə əlaqələrini nəzərdən keçirməlidir. E.Makron bildirib ki, bu, ölkənin xarici siyasət prioritetlərindən biridir.

“Biz Avropadayıq. Rusiya da Avropadadır. Əgər biz Rusiya ilə əlaqələrdə faydalı nə isə etməsək, o zaman gələcəkdə Avropada dondurulmuş münaqişə əldə edəcəyik, gələcəkdə Avropa ABŞ və Rusiya arasında mübarizə teatrına çevriləcək. Bu soyuq müharibənin nəticələri bizim ölkələrimizdə də davam edəcək”, - E.Makron bildirib.

Fransa Prezidenti əlavə edib ki, Rusiyanın baxışları çox mühafizəkardır və Avropa İttifaqının dəyərlərinə ziddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR